Azərbaycanla ICESCO arasında əməkdaşlıq dərinləşəcək - Fəaliyyat Planı imzalanıb
05:50 25.12.2022
Aktual
266
24 dekabr 2022-ci il tarixində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb.
Bu barədə Sherg.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
İmzalanmış Fəaliyyət Planına əsasən Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.
Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb.
İmzalanma mərasimindən sonra səfir N.Səmədovla S. Əl-Malik arasında görüş keçirilib. Görüşdə ICESCO-nun Azərbaycanla sıx əməkdaşlığından bəhs edilib, həmçinin təşkilat ilə AR XİN, eyni zamanda AR-in Rabatdakı Səfirliyi arasında gələcək əməkdaşlıq planlarına dair müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya