Azərbaycanlı tələbələrə quru sərhəddən istifadəyə icazə verilməlidir
06:42 19.02.2023
Aktual
424
"Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil on-layn, distant formaya keçdi:
"Türkiyədə 30 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını nəzərə alsaq həmin gənclərin ölkəmizə qayıdışına dəstək olunması vacibdir. Təyyarə biletlərinin baha olduğunu nəzərə alsaq tələbələrin çoxunun quru sərhədləri vasitəsi ilə vətəninə qayıtmağa üstünlük vermək istəyi anlaşılandır. Bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da bu imkandan Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdir. Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə Azərbaycanlı tələbələrinin quru sərhəddən istifadəyə icazə verilməsi onların vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olardı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
12:42 23.04.2026
Gündəm
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
12:39 23.04.2026
Aktual
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
12:34 23.04.2026
Şou
İran Azərbaycana çağırış etdi
12:26 23.04.2026
Region