İranda uzun illər ərzində vahid məlumatların olmaması ölkədə ayrı-seçkiliyə zəmin yaradıb.
"Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"Qeydiyyata əsaslanan siyahıyaalma haqq və ədalət təməlində ağıllı idarəetmə, nəzarət və qiymətləndirmə üçün dəyərli bir addımdır. Uzun illər ərzində vahid məlumatların olmaması ölkədə ayrı-seçkiliyə zəmin yaradıb", - o bildirib.
Pezeşkianın sözlərinə görə, dəqiq məlumatların toplanması bütün ölkə ərazisində ədalətin icrasına şərait yaradır. Bununla da layihələrin səmərəliliyi və məhsuldarlıq artır.