Bakıda bina tikintisinə görə ağacları kəsdilər
11:39 23.01.2020
Aktual
444
Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib. Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib. Redaksiyamıza verilən məlumata görə, sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədi ilə məhv edilib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov ilə əlaqə saxladıq.
O.Məmmədov redaksiyamıza verdiyi açıqlamasında faktı təsdiqləyib və bununla bağlı araşdırma başladıldığını deyib:
“Bu gün şöbəyə Binəqədi rayonu Nəcəf Nərimanov küçəsi 87 ünvanında, binaların qarşısında yerləşən parkda ağacların kəsildiyinə dair məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Ərazidə insanların istirahəti üçün salınan park var. Baxış zamanı park ərazisində beş ağacın kəsilməsi faktı təsdiq olunub. Tərəfimizdən akt tərtib olunub.
Araşdırma zamanı məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə olan ağacların köçürülməsi üçün rəy verib. Lakin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əməkdaşları ağacları köçürmək yerinə ağır texnika ilə məhv ediblər. Bu məqamla bağlı da araşdırma başladılıb. Məsələnin yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm