
Bakıda dilənən əcnəbilərin sayı artıb! – Onları ölkəyə kim gətirir? – İLGİNC FAKT
Yusif Nəzərli
14:33 16.12.2022
Aktual
513
“Turist formasında gətirib, işlə təmin etməyib, pullarını alıb, aradan çıxırlar”
“Bu bir tərəfdən insan alveri də adlana bilər. Onlara baxdıqda görünür ki maddi imkanları sıfırdır”
“Onların kimlər tərəfindən, nə üçün gətirildiklərinə baxılmalıdır. Dövlət təhlükəsizliyi baxımından araşdırılıb aydınlaşdırılmalıdır"
Dövlət Miqrasiya Xidməti Bakıda dilənçiliklə məşğul olan pakistanlı və hindistanlıların sayının artmasına münasibət bildirib.
Xidmətdən APA-nın sorğusuna cavab olaraq vurğulanıb ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən Azərbaycana gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar.
“Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır.
Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür”, - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib.

Vəziyyəti dəyərləndirən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, onlar nəzarətsiz insanlardır, aralarında terorçu, düşmən tərəfdən kəşfiyyatçı da ola bilər:
“Həmin insanlar hansısa bir şirkət və ya qrup tərəfindən aldadılaraq ölkəyə gətirilir. Onlara Azərbaycanda iş yerlərinin çox olması və Qarabağda işçi qüvvəsi lazım olacağı ilə bağlı yanlış məlumat verilir. Necə ki işə düzəltmə qurumları vətəndaşlardan pul alır, bu da elə bir mövzudur.
Adətən başqa yerlərdə işçi miqrantlar işləmək üçün yüksək maaş olan ölkələrə üz tuturlar.
Bu, Azərbaycanda stabil vəziyyət deyil ,birdən-birə kütləvi qrup yaranır . Turist formasında gətirib, işlə təmin etməyib, pullarını alıb, aradan çıxırlar. Bu bir tərəfdən insan alveri də adlana bilər.
Onlara baxdıqda görünür ki maddi imkanları sıfırdır . Nə geri qayıtmaq, nə də burda özlərini dolandırmaq üçün büdcələri var. Düşdükləri rəzil durum dilənməklərinə və hardasa qanunsuz işləməklərinə səbəb olur.
Artıq bir neçə aydır, məsələ gündəmdədir. Müvafiq orqanlar ciddi tədbirlər görməlidirlər. Kimlər tərəfindən, nə üçün gətirildiklərinə baxılmalıdır. Dövlət təhlükəsizliyi baxımından araşdırılıb aydınlaşdırılmalıdır".
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq