Bakıda narkotik satan şəbəkənin üzvləri saxlanıldı
11:51 29.02.2020
Aktual
349
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nizami rayonunda həyata keçirilən tədbir zamanı əvvəlcə Fizuli Qarayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,311 qram narkotik vasitə heroin aşkar olunub. F.Qarayev ifadəsində heroini tanışı Nizami rayonunda yaşayan Vahib adlı şəxsdən aldığını bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həmin şəxs - Füzuli rayon sakini Vahib Novruzov da tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 23,625 qram heroin aşkar edilib. V. Novruzov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Gündüz Rəsulovdan aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində keçirilən tədbir zamanı Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Rəsulov da tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 250,42 qram heroin və 1,974 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, paytaxtın Nizami rayonunda yaşadığı evdən isə əlavə olaraq iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı G.Rəsulovun sosial şəbəkə hesablarında paylaşdığı məlumatlar əsasında onun cinayət törətməyə meyilli şəxs olduğu müəyyənləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət