Bakıya 12 metrlik avtobuslar gətirildi
- Yollarımız dözəcəkmi?
08:24 10.09.2020
Aktual
1052
"Sahibkarlara da şərait yaratmaq lazımdır ki, onlar da gətirsinlər, çünki qəpiyinin qədrini yaxşı bilirlər"
Paytaxta yeni avtobuslar gətirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, ölkə başçısının tapşırığına əsasən, paytaxta gətirilməli olan 115 yeni avtobusun 10 ədədi artıq gətirilib. M.Ağayev yerdə qalan 105 avtobusun isə çatdırılma prosesinin noyabrın sonunadək yekunlaşdırılacağını bildirib. Onun sözlərinə görə, ölkəmizə gətiriləcək yeni avtobusların 80 ədədi 12 metrlik avtobuslar olacaq:
"35 ədədi isə 9 metrlik avtobuslardır. Bu avtobuslar Türkiyənin BMC şirkətinin istehsalıdır, müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Avtobuslar sıxılmış təbii qaz müəhərriklidir (CNG). Yeni 9 metrlik avtobuslar əsasən Binəqədi və digər Bakıətrafı qəsəbələr üçün istifadəyə veriləcək". M.Ağayev bildirib ki, yeni avtobuslar istifadəyə verildikdən sonra hazırda nağd ödənilən xətlərdə gediş haqqı kartla ödəniləcək.
Nəqliyyat eksperti Ərşad Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, Binəqədi və digər Bakıətrafı qəsəbələrdə xəttə buraxılacaq yeni avtobusların həmin yararsız yollarda istifadəsini məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, avtobusların gətirilməsi yaxşı təşəbbüsdür, lakin onlar həmin yolların infrastrukturuna uyğun deyil:
"Ümumi Abşeron aqlomerasiyasında ictimai nəqliyyata vahid yanaşma olmalıdır. Həmin ərazilərdə yaşayan əhalinin ictimai nəqliyyata əlçatımlılığı maksimuma qaldırılmalıdır. Məndə olan məlumata görə, Bakı, Abşeron, Xırdalan, Sumqayıtda əhalinin 25 faizinin ictimai nəqliyyata əlçatımlılığı yoxdur.
Bunun səbəbləri arasında həmin ərazilərdə məskunlaşma problemlərinin olması, küçələrin düzgün təşkil olunmamasıdır. Ümumiyyətlə, normal küçələrin, yolların olmaması səbəbindən bəzi ərazilərdə marşrut belə yoxdur. Yəni bu məsələyə kompleks baxılmalıdır.
İlk olaraq bütün yollar qaydasına salınmalıdır. Plansız, qanunsuz, özbaşına tikililərin bir hissəsi sökülməlidir. Müvafiq küçələr uyğun təhlükəsizlik vəziyyətinə gətirilməlidir. Məsələn, yol hərəkət hissəsi, səki, velosiped zolağı təşkil olunmalıdır. Bildiyimiz kimi, yeni avtobuslara dövlət tərəfindən külli miqdarda vəsaitlər xərclənib və dünyanın ən bahalı avtobusları hesab olunurlar. Onları gətirib həmin darmadağın yollarda sürmək sonda heç də yaxşı nəticə verməyəcək".
Ə.Hüseynov təklif edib ki, sahibkarlara da rahat şərait yaradılmalıdır ki, onlar da bu işə investisiya qoysunlar:
"Düzdür, ictimai nəqliyyatda dövlətin çox böyük payı var. Amma sahibkarlara da şərait yaratmaq lazımdır ki, həmin avtobuslardan onlar da gətirə bilsinlər. Dövlət büdcəsinin vəsaitləri bir qayda olaraq nə dərəcədə səmərəli xərclənir məsələsi həmişə sual altında olur. Amma sahibkarlar qəpiyinin qədrini bilir. Çünki burada kommersiya maraqları var. Onlar da Bakıətrafı ərazilərə uyğun avtobuslar gətirə bilərlər. Yəni ola bilər ki, onlar Binəqədi ərazisinə 9 metrlik deyil, 7 metrlik avtobuslar gətirəcəklər. Sonda insanları rahat şəkildə mənzil başına çatdıracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı