Baş nazir: "Malayziyanın Fələstində səfirlik açmasına İsrail mane olur"
12:41 25.10.2019
Aktual
458
Kütləvi qırğın silahlarının olduğu bəhanə gətirilərək İraqa hərbi müdaxilə edildi. Bu dövlət koalisiya tərəfindən işğal olunub dağıdıldı. Lakin kütləvi qırğın silahı aşkar edilmədikdən sonra İraqın bərpası əvəzinə bu ölkə bölünüb qarət olundu.
Oxu.Az-ın məlumatına görə, bunu Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatının Zirvə Görüşündə deyib.
O bildirib ki, dünya qorxu içində yaşayır və istənilən ölkə təcavüzə məruz qala bilər. Baş nazir qeyd edib ki, birtərəfli hərbi işğal riski hələ də təhlükə olaraq qalmaqdadır.
“Demokratiya adlandırılan anlayış ölkələri tamamilə dağıda bilər. Terrorçuluq inkişaf edir, genişlənir. Dünyanın istənilən ölkəsi hücum obyekti ola bilər. Bu terror aktları müxtəlif qruplaşmalar tərəfindən törədilir. Lakin müəyyən ölkələr də bu terrorlara görə məsuliyyət daşıyır”.
O əlavə edib ki, Fələstin hələ də işğal altındadır.
“İsrail elan edib ki, o, İordan çayının qərb sahilini də anneksiya etmək niyyətindədir. Bir çox Qərb ölkələri İsrailin öz paytaxtını Qüdsə köçürmək qərarını dəstəkləyiblər. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Malayziya da öz növbəsində Fələstində səfirliyini açmaq niyyətindədir. Lakin biz bilirik ki, İsrail buna mane olmağa çalışacaq. Buna görə də biz səfirliyi İordaniyada açacağıq. Qoşulmama Hərəkatı əvvəlki kimi deyil. Biz əvvəllər vahid idik, bir mövqedən çıxış edirdik. Bu gün isə biz bölünmüşük. Bunun səbəbi iqtisadi maraqlar ola bilər. Ya da ölkələr sanksiyalardan çəkinirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya