Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub - FOTOLAR
15:30 22.01.2020
Aktual
732
Bioloji Təbabət klinikası insanların orqanizmə heç bir zərər verməyən biotənzimləyici təbabətlə müalicəsinə üstünlük verdiyi kimi bu terapiyanın Azərbaycanda uzun illər təbliğinə çalışaraq qazandığı nəzəri bilikləri və təcrübəsini pasientlərin sağlamlığı üçün sərf edən həkimlərin dəyərləndirilməsinə də böyük önəm verir.
Bu baxımdan muzeyin ilk eksponatları Bioloji Təbabət klinikası açılan gündən bu kollektivdə nevropatoloq kimi fəaliyyət göstərərək yüzlərlə xəstəyə şəfa vermiş ali dərəcəli həkim Vahid Məmmədov və yenə də illərini biotənzimləyici terapiya ilə müalicəyə həsr etmiş terapevt - pulmonoloq Elaza xanım
Mikayılzadənin büstləri olub. Hər iki büst Bioloji Təbabət MMC-nin təsisçisi Elxan Yaqubovun təşəbbüsü və maddi dəstəyi ilə hazırlanıb. Muzeyin açılışına həsr olunmuş tədbirdən öncə rəhbərlik başda olmaqla klinikanın bir qrup əməkdaşı hər iki həkimin dəfn olunduğu məzarlığı ziyarət edərək qəbirləri üstünə əklil qoyublar. Bioloji Təbabət muzeyinin açılışı ilə bağlı tədbiri giriş sözü ilə Bioloji Təbabət MMC-nin təsisçisi və baş direktoru Elxan Yaqubov açaraq Azərbaycanda biotənzimləyici müalicə üsulunun uğurlu nəticələrə imza atdığı bir vaxtda belə bir muzeyin yaradılmasının vacib olduğunu vurğulayıb. Direktor çıxışında bu gün Azərbaycanda biotənzimləyici terapiyanın geniş yayılaraq uğur qazanmasında hər iki həkimin böyük zəhməti olduğunu söyləyib. Buna görə də onların ruhu qarşısında hörmət və təşəkkürün ifadəsi olaraq Bioloji Təbabət muzeyində xatirələrini əbədiləşdirmək üçün büstləri hazırlanıb. Sonra büstlərin üzərindəki örtük açıldı, ailə üzvləri və yaxınları tərəfindən ətrafına gül dəstələri qoyuldu. Bioloji Təbabət və Antihomotoksik Təbabət Cəmiyyətinin sədri, professor Fikriyyə xanım İbrahimova, Bioloji Təbabət klinikasının direktor müavini Səbirə Yaqubova,baş həkim Gülnar Quliyeva, eləcə də vaxtı ilə Vahid doktor və Elaza xanımla birgə çalışmış həkim qonaqlar çıxışlarında dünyalarını
dəyişsələr də hər iki mərhumun həm peşəkar həkim, həm də xeyirxah, qayğıkeş, mərd insan kimi onların xatirəsində həmişə yaşayacaqlarını qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat