Birgə silah istehsalı aktuallaşır
Turan
08:48 22.06.2021
Aktual
581
"Türkiyə ilə birgə hədəflər - regionda digər güclərin hərbiləşməsinə qarşı immunitet formalaşdıracaq”
“Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək. İki ölkə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi belə deməyə əsas verir”.
Bu barədə “Şərq”ə siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib. Analitik bildirib ki, iki ölkənin birgə silah istehsalı dəfələrlə nəzəri əsaslarla gündəmə gəlsə də, bu, reallaşmayıb:
“Azərbaycanın Qarabağ müharibəsində qələbə qazanmasından sonra regionda yaranan yeni geosiyasi mənzərə birgə silah istehsalını da aktuallaşdırır. Azərbaycan artıq digər müttəfiqi İsraillə belə bir layihəyə start verib. Belə ki, İsrailin “Meteor Aerospace” şirkəti Xəzər Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır.
“Caspian Meteor” xüsusi mülkiyyət statusunda yüksək texnoloji müdafiə şirkətidir. “Meteor Aerospace” şirkəti pilotsuz uçuş aparatları, pilotsuz gəmilər, dəqiq zərbə endirən raketlər, hava hücumundan müdafiə sistemlərinin və peyklərinin yaradılması üzrə ixtisaslaşıb. İndi Şuşa Bəyannaməsi Bakı-Ankara hərbi əməkdaşlıq əlaqələrini yeni mərhələyə gətirir və birgə istehsal aktuallaşır”.
A.Kərimov qeyd edib ki, Bəyannamədə yazılıb ki, tərəflər dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək:
“Həmçinin qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcəklər. Bunlar yaxın gələcəkdə birgə silah, o cümlədən beşinci nəsil silah istehsalına zəmin yaradan bəndlərdir. Birgə istehsalın hədəfləri - regionda digər güclərin hərbiləşməsinə (Rusiya və İran) qarşı birgə immunitet formalaşdırmaq və gələcəkdə keçirilə biləcək hər hansı hərbi əməliyyatları, antiterror əməliyyatlarını optimallaşdırmaq, çeviklik və operativliyi təmin etməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm