BQXK-nin rəhbərliyi dəyişsə də siyasi xətti dəyişməyəcək
Yusif Nəzərli
03:32 24.06.2022
Aktual
722
Səadət Bənənyarlı: "Bizim əsas narahatlığımız əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyi ilə bağlıdır"
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri dəyişib. Nümayəndəliyin səlahiyyət müddəti başa çatmaqda olan rəhbəri Arian Baueri bundan sonra Draqana Koiç əvəzləyəcək. Baş nazirin müavini Əli Əhmədov BQXK-nin sabiq rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb. Nazirlər Kabinetinin məlumatında bildirilir ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb. Həmçinin BQXK-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, BQXK-nin rəhbərliyinin dəyişməsi bu komitənin siyasi xəttini dəyişəcəyi anlamına gəlmir:
- BQXK-nin rəhbərliyinin dəyişməsi ilə bu təşkilatın siyasi xətti dəyişməyəcək. İndiyədək hansı siyasi xətti yürüdürdülərsə, bundan sonra da o xətt davam edəcək. Bu tip təşkilatların bəlli iş prinsipi var və daim bu prinsip üzrə fəaliyyət göstərirlər. Ona görə də rəhbərliyin dəyişməsi ilə hansısa dəyişiklik olacağını gözləmək olmaz. Sadəcə, bir məsələ var ki, uzun müddət eyni vəzifədə olan şəxs problemləri artıq bilir, mühitə alışır, ona nəyisə yenidən izah etməyə ehtiyac qalmır. Yeni rəhbərlik də problemləri öyrənməli və onların həllinə çalışmalıdır.
S.Bənənyarlı qeyd etdi ki, hazırda Azərbaycan tərəfinin BQXK-dən əsas gözləntisi Birinci Qarabağ müharibəsində əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyi ilə bağlı narahatlıqdır. BQXK arxivlərlə tanışdır deyə, bu işdə Azərbaycana real dəstək verə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya