BŞBPİ-də kadr təyinatı olub

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Kadrlar idarəsinə rəis təyin olunub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev rəis təyin edilib. (Report) F.Allahverdiyev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur.