"Bu gün regionun və dünyanın ən güclü orduları sırasında Azərbaycan ordusu da var"
Yusif Nəzərli
11:12 25.06.2022
Aktual
544
"İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 104 il ötür. Ordumuz yarandığı gündən qarşıya qoyulan hədəfləri yerinə yetirib".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, 2020-ci ildə də ərazi bütövlüyümüzü bərpa edilib:
"Bu gün regionun və dünyanın ən güclü orduları sırasında Azərbaycan ordusu da var. Azərbaycan ordunu daim gücləndirmək və müasir dövrün tələblərinə cavab verməsi üçün əlindən gələni edir. 44 günlük Vətən müharibəsində zəfər çalmağımıza baxmayaraq, ordu üçün nəzərdə tutulan xərclər, hərbi büdcə azaldılmadı, əksinə daha da artırıldı. Bunun isə əbəs yerə olmadığını və qlobal məkanda baş verən münaqişələr, müharibələr fonunda anlamaq çətin deyil. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda komando briqadaları yaradıb. Türkiyə ordu modelinə bənzər ordu formalaşdırır. Azərbaycanın bu sahədə böyük irəliləyişlər əldə etməsinə sevinirik. Azərbaycanda yetişən, formalaşan gənclər də vətənpərvərdir. Hər bir Azərbaycan gənci ordu sıralarında xidmət etmə, təcrübə toplama və lazım gəldiyi təqdirdə vətən üçün canından, qanından keçmək istəyini həmişə bildirir. Yəni bu gün Azərbaycan ordusunun güclü olmasının əsas səbəblərindən biri də məhz ordu sıralarının vətənpərvər, xalqa, millətə, torpağa bağlı insanlardan ibarət olmasıdır.”
Parlament üzvü vurğulayıb ki, Azərbaycan ordusunun peşəkar hərbçilərdən ibarət formaya gətirilməsi üçün ordu tərkibində islahatlar aparılır:
“Dünya təcrübəsinə əsaslanaraq Azərbaycan ordusundakı peşəkar şəxslər yaxın gələcəkdə ordu sıralarında çoxluq təşkil etmiş olacaqlar. Azərbaycan ordusunun yaradılması münasibətilə bütün xalqımızı, ordumuzun sıralarında xidmət keçmiş bütün insanları, hazırda ordu tərkibində xidmət edən zabitlərimizi, əsgərlərimizi, müddətdən artıq xidmət edən çavuşlarımızı, hər kəsi təbrik edirəm.
Azərbaycan ordusunun qarşısına qoyulmuş növbəti hədəfləri də yerinə yetirəcəyinə əminəm. Biz unutmuruq ki, hər an Ali Baş Komandanın əmrini gözləyən minlərlə təxris olunmuş zabit və əsgərlərimiz var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm