Bu yolla Azərbaycanı nəyəsə məcbur edə bilməzlər - Turab Rzayev
Yusif Nəzərli
11:40 16.10.2023
Aktual
529
Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik”.
Bu sözləri Prezident İlham Əliyev Xankəndidə 15 oktyabrda Azərbaycan bayrağını ucaltdıqdan sonra müraciətində səsləndirib.
“On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”-deyə ölkə başçısı bildirib.
Fransa kimi Ermənistana havadarlıq edən ölkələrin destruktiv mövqeyini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, Azərbaycan üzərində təzyiq qurmağa çalışılır:
"Erməni lobbisi və onların himayədarları, xüsusən də Fransa kimi ölkələr düşürlər ki, bu yolla Azərbaycanı nəyəsə məcbur edə bilərlər. Ancaq bir şeyi unudurlar ki, Azərbaycan təzyiq dili ilə danışılmağı qəbul etməyib. Təəssüflər olsun ki, Fransa tərəfindən bu cür açıqlamalar davam edir. Aydın məsələdir ki, Azərbaycan heç bir beynəlxalq hüququ pozmayıb. Ancaq aqressiv münasibət bəsləyən Fransa kimi ölkələr Azərbaycanın zərgər dəqiqliyi ilə apardığı və heç bir mülki obyektə, şəxsə zərər dəyməyən əməliyyatları fərqli qələmə verir. Bu isə ikili standartların bariz nümunəsidir".
Analitik əlavə edib ki, Fransanın özü imperialist siyasət yürüdür:
"Yəni özünü orta əsr imperiyası kimi aparır. Fransa bir tərəfdən Afrikada 30-a yaxın ölkəyə nəzarəti həyata keçirmək istəyir, digər tərəfdən isə Yaxın Şərqdə güclənmək arzusundadır. Həmçinin Cənubi Qafqazda hərbi baza qurmağa çalışır. Hətta bu barədə Azərbaycana və Ermənistana təkliflər edib. Belə hallar isə Azərbaycan tərəfindən qəbuledilməzdir. Ümumiyyətlə Parisin Ermənistana birtərəfli dəstək verməsi və qərəzli açıqlamaları sülh prosesinə zərbədir. Bu mənada deyə bilərik ki, Fransanın destruktiv mövqeyi Cənubi Qafqazda sülhün olmasına maneə törədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya