
Bunun arxasında İran dayanır - İsrail Qəzza ilə yekunlaşmayacaq
Yusif Nəzərli
11:12 16.10.2023
Aktual
691
İranın BMT-dəki nümayəndəliyinin HƏMAS-İsrail konflikti ilə bağlı bəyanatı yanlış anlaşılıb.
Bu barədə İran XİN-in sözçüsü Nasir Kənani deyib.
“İranın BMT-dəki daimi nümayəndəsinin İsrailin İrana hücum etmədiyi təqdirdə Tehran rejiminin HƏMAS və İsrail arasında müharibəyə qarışmayacağına dair sözləri natamam və qeyri-dəqiq anlaşılıb. İran həmişə HƏMAS-ın dəstəkçisidir”, - o bildirib.
Qeyd edək ki, oktyabrın 15-də İranın BMT-dəki Daimi Nümayəndəliyi “Təl-Əviv İran ərazisinə hücum etmədiyi, Fələstin müqavimət cəbhəsi özünü müdafiə edə bildiyi müddətcə, İsrailin Qəzzada mümkün quru əməliyyatına müdaxilə etməyəcəyək” məzmunlu bəyanat yayıb.
İranın tərəfinin açıqlamasının məsuliyyəti üzərindən atmağa hesablandığını deyən siyasi şərhçi Turan Rzayev "Sherg.az"a vurğulayıb ki, rəsmi Tehran İsrailin apardığı əməliyyatların təkcə Qəzza ilə yekunlaşmayacağını yaxşı başa düşür:
"Yəni İsrailin növbəti hədəfi İran ola bilər. İsrail İranla birbaşa hərbi konfliktə girməsə də, PUA-larla hərbi və strateji obyektlərin vurulması mümkündür. Ümumiyyətlə son proseslərin arxasında dayanan qüvvənin Tehran hakimiyyəti olduğu aydın məsələdir. Fikir versək, görərik ki, bu gün HƏMAS-ın İsrailə qarşı istifadə etdiyi texnikaların böyük hissəsi və döyüş planı İrana məxsusdur. Bu kontekstdə İran XİN rəhbərinin Livana səfəri və "Hizbullah"la görüşü də təsadüfi deyil".

Analitik əlavə edib ki, İran "Hizbullah"ı da İsraillə müharibəyə cəlb etmək istəyir:
"Bununla da İsrail üçtərəfli zərbələrə məruz qalacaq. Digər tərəfdən biz İranın vaxt udmağa çalışdığını görürük. Burada əsas məqsəd isə "Uran"ı zənginləşdirərək nüvə silahı əldə etməkdir. Məlum olduğu kimi, İsrail İranın nüvə silahı əldə etməsindən ən çox narahat olan ölkədir. Hətta müəyyən vaxtlardakı nüvə obyektlərinə zərbələrin vurulmasının pərdə arxasında da İsrail dayanıb. Bu kontekstdə deyə bilərik ki, hadisənin arxasında İran dayanır və açıqlama sadəcə boyun qaçırmağa hesablanıb".
Xatırladaq ki, dünya mediasında İranın İsrailin Qəzza əməliyyatına müdaxilə edəcəyi yönündə məlumatlar yayılmaqdadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya