Cahangir Məmmədli koronavirusdan yazdı: "Aprel ayı millətimizə düşərli aydır..."
08:41 23.03.2020
Aktual
1172
...Mən hər yay növbəti tətilə çıxanda xəfif bir kədərə bürünmüşəm: iki ay tələbələrimizdən ayrı olacağıq-kədərinə. Amma mən o “iki aya” öyrəncəliyəm və təhsilimizin bütün qütblərinə aid o “iki ayı” başa vurmaq çox da çətin olmur. Di gəl ki, bu zəhrimar koronavirusla bağlı zamanı bilinməyən “qış tətili” məni çox sarsıtdı. Fakültəmizin dəhlizlərindən sizin gülüşünüz, hay-küyünüz yox olub, auditoriyaların qapıları ağzı yükə qalıb və bu səssizlik mənim içimdə bir ağrıya çevrilib...
Ölüm haqdır, kim bilməz ki? Bu virus da keçdiyimiz min bir sınaqdan biridir - Allaha sığınmaq anıdır. Bu, bir müəllimin doğmalardan, qohum əqrabalardan savayı tələbələrindən də ayrı düşmək sınağıdır. “Sınaq” leksemi isə dözümdən tutmuş ləyaqətədək çox keyfiyyətlər tələb edir. Bütün bunları yaşayıb tələbələrimin gecikənini, icazəsiz dərsdən qalanını, seminara hazır gəlməyənini, dərsdə telefon oynadanını, səs salıb mühazirəyə mane olanını... tezliklə görmək arzusu keçir ürəyimdən. Kafedramızın üzünüzə həmişə açıq qapılarını indi bağlı görəndə ürəyim dözmür. Sizsiz darıxan o kafedra, ayda bir dəfə kitab almağa getdiyimiz “Liberaff”ın da oxucusuz rəfləri , fakültəmizin çox sevdiyi “525-ci qəzet” , “Şərq” qəzetləri, telekanallarımızın çeşidli proqram formatları, fakültəmizin bütün kollektivi bu “tətilin” bitməsini, tələbələrə həsrətin sonunu gözləyir. Tanrı Universitetimizin auditoriya və dəhlizini boşluqdan, səssizlikdən xilas etsin, sizsizlikdən xilas etsin.
Mənim əziz tələbələrim! Öyrəşmədiyim bu uzun qış “tətilindən” çox usandım. Mən sizi balam kimi, nəvəm kimi gözləyirəm. Həyatımda heç vaxt belə darıxmamışdım. Aprel ayı millətimizə düşərli aydır. Tanrı aprel görüşünü bizə çox görməsin.
Sizə sonsuz sevgilərimlə: Cahangir Məmmədli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm