Çarlz Villi: “Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir”
09:19 16.06.2022
Aktual
595
“Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir, minatəmizləmə işində tərəqqi var”.
Bunu “Report”a San-Fransiskodan olan səyyah Çarlz Villi deyib.
Onun sözlərinə görə, bu, onun azad edilən ərazilərə ikinci səfəridir və ilk dəfə ötən ilin sentyabr ayında burada olub.
“Azərbaycan əraziləri uğurla bərpa edir, artıq Füzulidə hava limanı tikilib, minatəmizləmə işində də tərəqqi var. İndiki səfərimdə bu dövr ərzində görülmüş işi müqayisə edə bilərəm”, - Ç.Villi bildirib.
Səyyah yerli sakinlərin bu ərazilərə qayıtmasına mane olan mina çirklənməsinin törətdiyi təhlükəni xüsusilə vurğulayıb: “Yolda dağıntıların şahidi oldum. Mənə bir sual maraqlıdır: buraları işğal etdikdən sonra onlar niyə yalnız dağıtmaqla məşğul olublar, heç nə tikməyiblər? Burda heç təsərrüfatla da məşğul olmayıblar. Onlar məscidlərdə donuz saxlayıblar”.
Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyah Azərbaycanın azad edilmiş ərazilərinə səfərə başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq.
Nümayəndə heyəti Xocavənd rayonundakı Azıx mağarasını ziyarətdən sonra Şuşaya yollanacaq. Daha sonra onlar Ağdama, Kəlbəcərə və Laçına gedəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya