
“Çin Zəngəzur dəhlizi ideyasını tam dəstəkləyir” – Ermənistana əlavə təzyiq!
Yusif Nəzərli
13:17 16.09.2022
Aktual
564
Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sammiti keçirilib. ŞƏT-in Zirvə toplantısında gündəliyə iki əsas məsələ regionda sülhün, təhlükəsizliyin təmin olunması , eyni zamanda, nəqliyyat kommunikasiya əlaqələrinin qurulması daxil edilib. Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlət başçımız İlham Əliyev də fəxri qonaq qismində iştirak edib.

Politoloq İlqar Vəlizadə ŞƏT-ə üzv ölkələrin sammitindən “Sherg.az”a danışarkən qeyd edib ki, bu toplantıda ölkəmizin gələcək taleyi ilə bağlı bütün məsələlər, xarici siyasətimizin strategiyasına təsir göstərən amillər müzakirə olunub:
“Sammitdə irimiqyaslı nəqliyyat enerji layihələrinin həyata keçirilməsi, digər tərəfdən əsas aparıcı beynəlxalq regional ölkələrlə dialoqlar nəzərə çarpır. Azərbaycan bütün aparıcı Asiya ölkələri ilə faydalı dialoq qurur.
Prezidentimiz dünən Çin Xalq Respublikasının sədri ilə danışıb. Bu danışıq hər iki ölkənin maraqlarına cavab verib. İndi “Bir kəmər, bir yol” layihəsinin reallaşması məsələsi çox önəmli mərhələyə qədəm qoyur.
Çünki onun şimal, Rusiyadan keçən hissəsi demək olar ki, işləmir. Ən işlək faydalı mərkəzi koridor adlanan hissəsi isə məhz Azərbaycandan keçir. Burda bizim üçün ən önəmli məsələlərdən biri də yeni regional dəhlizlərin açılmasıdır. Çin Azərbaycanın mövqeyini , o cümlədən, Zəngəzur dəhlizi ideyasını tam dəstəkləyir. Bu faktor isə Ermənistana əlavə təzyiq vasitəsidir.
Məlumdur ki, rəsmi İrəvan Zəngəzur dəhlizinin hələ də rellaşdırılmamasında əsas səbəbkardır. Paşinyanın son açıqlamaları da Ermənistanın bunu istəmədiyini göstərdi. Bildiyimiz kimi Nikolun başı öz biabırçı siyasətinə qarışdığı üçün ,o, sammitdə iştirak etmədi.
Amma aparıcı regional qüvvələr Çin, Özbəkistan, Qazaxıstan, Rusiya və Türkiyə Zəngəzur dəhlizinin açılmasına maraq göstərirlər. Burda onların özlərinin də iqtisadi maraqları var.
Bu da bizim geosiyasi vəziyyətimizi möhkəmləndirən amildir. Düşünürəm ki, Səmərqənddə keçirilən sammit ümumilikdə bizim diplomatiyamızın Asiyadakı yeni uğuruna imza atacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol