Culiani: "ABŞ-ın Ukraynadakı səfirlərinin təyinatının arxasında Soros dayanır"

ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culiani ABŞ-ın Ukraynadakı dörd səfirinin, həmçinin, Mari Yovanoviçin təyin edilməsinin arxasında milyarder Corc Sorosun dayandığını açıqlayıb.

Bu barədə Culiani “New York” jurnalına müsahibəsi zamanı danışıb.

Culianinin sözlərinə görə, milyarder, həmçinin, FTB agentlərini ələ alıb, Yovanoviçin işini daim “nəzarət”də saxlayıb.

Trampın vəkili, həmçinin, mətbuatın milyarderin əmri ilə onun barəsində saxta informasiya yaydığından əmin olduğunu qeyd edib.