Daha bir deputat təcili əməliyyat olundu

Beşinci çağırış Milli Məclisin deputatı Mahir Aslanov əməliyyat olunub.

Bu barədə məlumatı Modern.az-a Mahir Aslanovun köməkçisi məlumat verib.

O, Mahir Aslanovun səhhətinin yaxşı olmadığını bildirib:

“Mahir müəllim hazırda xəstədir. Ürəyinin iki damarı tutulduğuna görə əməliyyat keçirib. Ona görə hələlik suallarınızı cavablandıra bilməyəcək”.