Deputat: Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri bundan sonra daha da güclənəcək
00:43 18.09.2022
Aktual
457
Ermənistanın Azərbaycana ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Ermənistanın başladığı ədalətsiz müharibə nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olundu. Beynəlxalq təşkilatların, bu sıradan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistan regionda status-kvonu saxlamaq istəyirdi. Azərbaycan buna imkan vermədi. Bu səbəbdən Azərbaycan ictimaiyyəti öz doğma dədə-baba torpaqlarını işğaldan azad etmək üçün müharibəyə də hazır idi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri genişmiqyaslı təxribatlar törətmək məqsədilə işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücum etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə başlanan əks-hücum əməliyyatı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Məğlubiyyətlə barışmaq istəməyən Ermənistanda revanşist siyasət manipulyasiya vasitəsinə çevrildi. Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən işğalçı dövlətdə müəyyən qüvvələrin təhriki ilə siyasi vəziyyəti hərbi vəziyyətlə əvəzləmə meyl indi də güclənməkdədir. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın revanşist niyyətindən əl çəkmədiyinin təsdiqidir. Bu niyyət təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükə yaradır. Belə niyyətlər onu da təsdiqləyir ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaradılması destruktiv qüvvələrin ürəyincə deyil. Digər tərəfdən, hadisələr onu göstərir ki, Ermənistan regionda gərginliyi davam etdirməkdə maraqlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
O qeyd edib ki, Ermənistan işğalçı dövlət olduğunu Azərbaycana qarşı yürütdüyü siyasətlə təsdiqləyir. Ermənistan dünyada həm hərbi cinayətkar, həm də terrorçu ölkə kimi tanıdılmalıdır. Mina xəritələrinin verilməməsi də erməni ideologiyasına və niyyətinə hesablanıb. Rəsmi İrəvan mina xəritə-lərini vermirsə və bəşəri ideyalara zidd hərəkət edirsə, çox ciddi səviyyədə qınanmalı, həmçinin hüquqi məsuliyyətə cəlb edilməlidir.
S.Xasayevanın sözlərinə görə, Ermənistan belə təxribatlarla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına çalışır. Bu baxımdan Er-mənistanın “forpost” ölkəsi statusu yenə də aktuallaşır. Bunun nəticəsidir ki, rəsmi İrəvanın hərbi təxribatları regionda yeni münaqişə və terror aktları ehtimalını artırır. Sentyabrın 12-13-də baş verən təxribatlar təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçündür.
“Bu il iyunun 27-də Prezident İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında dediyi kimi bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir. Son hərbi təxribatlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyətə malikdir.
Sentyabrın 12-13-də baş verən təxribatlar ATƏT-in Minsk qrupunu dirçəltmək, yenidən tarix arenasına çıxarmaq istəyinin təzahürüdür. Bu təxribat həm də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Azərbaycana qarşı təzyiqlərin artırılmasına hesablanmışdı. Ancaq düşmənin niyyəti puça çıxdı. Əksinə, Səmərqənd sammitinin nəticələri göstərdi ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri bundan sonra daha da güclənəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol