Deputatdan haqlı qınaq:“Hər kəsin övladı vətənə borcunu yerinə yetirməlidir”
Yusif Nəzərli
14:01 13.07.2022
Aktual
1607
Vətən müharibəsi qazisi Elvin Cəfərov özünü yandıraraq intihar edib. O, intihardan əvvəl video yayıb. Mərhum qazi icra başçısından şikayətlənib. Onu qəbul etmədiyini bildirib. Elvinin yas mərasiminə qatılan başçı Cabbarov Siraqəddin Nəcəf oğlu bütün iddiaları yalanlayıb.
Hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb ki, adıçəkilən icra başçısı əsgərlikdə də olmayıb:
"Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlunu şəxsən tanımıram. Bir dəfə də olsun onunla görüşməmişəm. Bioqrafiyasına baxdım, 30 ildir icrada çalışır, onun 14 ilini başçı vəzifəsindədir.
Ailəsindən də kiminsə 1-ci və 2-ci Qarabağ müharibəsində demirəm, hətta səngərdə xidmət etdiyini düşünmürəm.
Nə qədər ki, Vətənə əsgər kimi xidmət etməyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənin çətin anında həyatı ilə risk etməkdən çəkinənlər yüksək vəzifələrdə təmsil olunacaqlar, problemlər də bitməyəcək".
Millət vəkili Fazil Mustafa bildirib ki, hər bir 18 yaşına çatmış və yaxud möhlət hüququ olmayan şəxs hərbi xidmət keçməlidir:
"İstər mənim, istərsə də başqasının övladı, hər kəsə aiddir. Deputat daxil kiminsə xüsusi imtiyazı yoxdur. Kimsə dolayı yolla övladını hərbi xidmətə getməkdən saxlayır, bu artıq o şəxsin mənəvi məsələsidir. Təkcə deputat deyil, ayrı-ayrı şəxslər də edə bilir. Müxtəlif variantlara əl atanlar da var. Lakin yalnız deputatın və ya vəzifəli şəxsin oğluna şamil edilməməlidir. Hamı fərdi qaydada məsuliyyət daşıyır. Hər kəsin övladı Türkiyədə olduğu kimi vətənə borcunu layiqincə yerinə yetirməlidir. Vətəndən, ordudan, şəhiddən, qazidən danışırıqsa, övladımızın prosesdə vicdanla xidmət göstərməsini təmin etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region