DİN İlkin Süleymanovun polis əmisi oğlunun iddialarına cavab verdi
07:33 31.01.2020
Aktual
493
"Cinayətdə şübhəli bilinən şəxsin qohumlarının hansı vəzifə tutması heç nəyi dəyişə bilməz. Qanun qarşısında hamı bərabərdir - şübhəli qismində saxlanılan İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov da o cümlədən".
Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov 10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanovun istefa ərizəsi yazması və bəzi iddialarına münasibət bildirərkən deyib.
E.Zahidov bildirib ki, ağır cinayətdə şübhəli bilinən şəxsin əmisi oğlunun kimliyinin, onun istefasının bu məsələyə heç bir aidiyyəti yoxdur:
“Polis əməkdaşı olan Murad Süleymanovun əmisi oğlu cinayətdə şübhəli bilinir. Murad Süleymanovun sözündən belə çıxır ki, o, polis əməkdaşı olduğuna görə cinayətdə şübhəli bilinən əmisi oğluna güzəşt olunmalı idi.
Cinayətdə şübhəli bilinən şəxsin qohumlarının hansı vəzifə tutması heç nəyi dəyişmir. O, polis serjantıdır, ərizə yaza da bilər. Əgər özü açıqlama verirsə ki, işdən çıxmaq üçün ərizəmi yazıb təqdim etmişəm, əlbəttə, buna baxılacaq.
Ancaq bildirirsə ki, o, polis işləyə-işləyə onun əmisi oğluna hörmət qoyulmadı, özünü isə guya şərləməyə çalışdılar, bu, olduqca absurd səslənir”.
Qeyd edək ki, M.Süleymanov ötən gün daxili işlər orqanlarından xaric olmaq üçün müraciət etdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi