DİQQƏT! – “Ermənilər Feybsukun Azərbaycan seqmentinə daxil olurlar” – Nə etməli?!
Yusif Sultanoğlu
15:13 07.09.2021
Aktual
978
Artıq ermənilər azərbaycanlı adı ilə Feybsukun Azərbaycan seqmentinə daxil olurlar. Onlar Azərbaycan dilini öyrənir, özlərinə feyk profil açmaqla azərbaycanlılara dostluq atırlar. Bu barədə yazıçı-jurnalist Azər Qismət status yazıb. O, hətta 2 minə yaxın erməni gəncinə bunun üçün ödəniş olunduğunu söyləyib:
“Naxçıvan, Mərkəzi Aran, Azərbaycanın şimal və cənub ərazilərinin ləhçəsini də öyrənirlər. Zəfəri, qəhrəmanlarımızı gözdən salmaq, Türkiyə-Azərbaycan münasibətini pozmaq, şəhidlərin nahaq yerə ölməsi təbliğatını genişləndirmək istəyirlər. Onlarla təsadüfən “inbox”da yazışsaz, bu, özünüz də bilmədən Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq kimi qəbul ediləcək. Diqqətli olun”.
Məsələni “Sherg.az”a şərh edən İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov bunun qarşını almaq üçün bir sıra prosedurların olduğunu deyib:
“Sosial şəbəkələrdə yalandan yaradılmış səhifə istifadəçilər tərəfindən şikayət olunmalıdır. Məsələn, azərbaycanlılar görürsə, hesab feykdir, bir erməni açıb, o zaman şikayət etməlidirlər. Beləliklə, platformanın rəhbərliyi məsələni arşadırır, nəticə əldə olunduqdan sonra hesabı blok edir. Qısa müddətli, yaxud da həmişəlik əngəllənir.
Səhifənin real olmadığı aşkarlansa, birdəfəlik bağlanır. Bundan başqa bu, kütləvi hal alırsa, artıq təxribatdırsa, Azərbaycanda həmin məsələlərlə məşğul olan icra orqanı sosial şəbəkənin rəhbərliyinə müraciət etməlidir.
Göstərməlidir ki, bu, siyasi məsələdir. Bilirsiniz, 4 il əvvəl Amerikadakı seçkilərdən sonra sosial şəbəkələrdə siyasətlə bağlı mövzular ciddi nəzarətdədir. Siyasətin sosial şəbəkələrə müdaxiləsinin qarşısı alınır. Azərbaycan bunu sübut edərsə, həmin səhifələr blok olunacaq, bağlanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol