Zelenski Türkiyədə səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı sosial mediada məlumat verib.

“Komandamızla birlikdə İstanbula gəldik. Qarşıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm danışıqlar var. İnsanlarımızın müdafiəsinin gücləndirilməsi, Türkiyə ilə dövlətlərarası tərəfdaşlığın möhkəmləndirilməsi və real diplomatik perspektivlərin yaradılması istiqamətində çalışırıq. Qara dənizdə gəmiçiliklə bağlı da mühüm məsələlər var. Həmçinin Ümumdünya Pravoslav Kilsəsinin Patriarxı Varfolomey ilə görüşümüz nəzərdə tutulub”, - Zelenski bildirib.