Dövlətimiz dini-mənəvi dəyərlərimizə sahib çıxır
Yusif Nəzərli
12:15 20.06.2022
Aktual
444
Prezident və Birinci vitse-prezident islam dininə münasibətdə həmişə vacib nümunə göstərib
“Azərbaycanda din dövlətdən ayrı olsa da, Azərbaycan dövləti daima dini-mənəvi dəyərlərimizə sahib çıxmaqla, onun inkişafı və qorunması üçün mümkün hər şeyi edir”. Bu barədə “Şərq”ə açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Prezident öz çıxışlarında dini mədəniyyətimizi milli mədəniyyətimizin tərkib hissəsi kimi göstərir: “İstər paytaxt Bakı şəhərində, istərsə də regionlarımızda ardıcıl olaraq dini ibadət yerləri, məscidlər inşa olunur. Milli mirasımız olan dini abidələrimiz davamlı olaraq təmir və bərpa edilir.
Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da çox mühüm fəaliyyət həyata keçirir. Azərbaycanın hər yerində, son dövrlərdə isə işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrimizin bərpası sahəsində görülən işlər ayrıca əhəmiyyət kəsb edir”. Parlamentari qeyd edib ki, Azərbaycan təcrübəsində dinə münasibət özünəməxsus tolerantlıqla səciyyələnir: “Dini dözümlülüyümüz həm də Azərbaycan multikultiralizminin əsaslarından birini təşkil edir.
Azərbaycan Prezidenti və Birinci vitse-prezident islam dininin müqəddəs mərkəzi hesab edilən Məkkəni ziyarət etməklə, həm də şəxsi zəmində islam dininə münasibətdə vacib nümunə göstərib.
Təsadüfi deyildi ki, Prezident İlham Əliyev öz çıxışlarının birində Həcc ziyarəti zamanı müqəddəs Kəbədə etdiyi birinci duasının torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar olduğunu bildirdi.
Ağdam işğaldan azad edildikdən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam Cümə Məscidinə müqəddəs kitabımızı təqdim etdi. Bu mərasimdə məscidə daxilolma mədəniyyəti və nümunəsi göstərdi.
Eyni zamanda, bu gün cəmiyyətimizdə dinin obyektiv əsaslarda dərk edilməsi üçün də Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır. İlahi fəlsəfəni düzgün mənimsəmək üçün universitetlər yaradılır, dini işlər üzrə xüsusi icra orqanı təsis edilir. Bütün bunlar Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin dinə olan diqqəti və qayğısının bariz təcəssümüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya