"Dövlətimiz üzə çıxan qüsuru dərhal araşdırır və onu aradan qaldırır" - Millət vəkili
Turan
08:56 05.07.2020
Aktual
849
"Koronavirus infeksiyası qlobal pandemiya elan olunanda Azərbaycan bu pandemiyaya qarşı mübarizəyə ilk qoşulan ölkələrdəndir".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, pandemiyanın birinci dalğası başlananda dünya ölkələri bu virusun qarşısında aciz vəziyyətinə düşdü, lakin ölkəmiz effektiv mübarizə apardı:
"Nəticələrimiz çox müsbət idi və ÜST Azərbaycanı dünya ölkələri üçün nümunə göstərirdi. Bu gün də mübarizədə inamlı hərəkətimizə səbəb dövlətimizin illər ərzində ölkəmizdə yaratdığı səhiyyə infrastrukturu və yeniləşmiş tibb personalıdır. Biz bütün ölkədə səhiiyə müəsisələrini yenidən qurduq. Müasir avadanlıqlarla təmin etdik ki, gözlənilməz anlarda xəstəxanalarımızı səfərbər edə bilək. İnkişaf etmiş ölkələrdə müşahidə edirdik ki, xəstəxanalar xəstələri qəbul etmir. Ağır xəstələr yer olmadığına görə, dəhlizlərdə yerləşdirilirdi. Bir çox ölkənin səhiyyələri pandemiyaya qarşı mübarizədə aciz vəziyyətə düşmüşdü. Ancaq həmin ölkələrin vətəndaşları intizamlı olduğundan ÜST-ün tövsüyyə və tələbləri olan tibbi maskanın taxılması, sosial məsafənin gözlənilməsinə ciddi riayət etdilər".
Parlament üzvü qeyd edib ki, Azərbaycanda sərt karantin rejiminin yumşalması insanlarımızda infeksiyaya loyal münasibət göstərilməsinə səbəb oldu:
"Tibbi maskanın taxılması vacib şərt olduğu halda taxılmadı. İctimai yerlərdə sosial təmasın saxlanılması zəruri olduğu halda saxlanılması. Bu da infeksiyanın sərbəst hərəkətinə imkan yaratdı. Nəticədə yoluxanların sayı kəskin artdı və bu gün gündəlik yoluxma 500-ün üstündədir. Dövlətimiz bizim sağlamlığımız naminə yenidən 16 şəhər və rayonda yenidən sərt karantin rejiminin tətbiqinə məcbur etdi. Çox təəssüf ki, ölkəmizdə bir qrup qüvvələr var ki, hər bir vəziyyətdən istifadə edərək qazandığımız uğurlara qara yaxmağa başlayırlar. Hardasa balaca qüsur yaranarsa, onu manşetə çəkirlər və görülən bütün işləri alt-üst etməklə dövlətin ünvanına sosial şəbəklərdə uydurma ifadələr işlətməyə başlayırlar".
A.Badamova görə, qüsursuz dövlət və cəmiyyət yoxdur:
"Dövlətimiz üzə çıxan qüsuru dərhal araşdırır və onu aradan qaldırır. Hardasa bir təcilli yardım maşınının gəlişində gecikmə baş veribsə, ona görə dövlətin gördüyü bütün işlərə qara yaxmaq ən azından düşmənçilikdir. Ölkəmizin müstəqilliyini, milli təhlükəsizliyimizi , siyasi sabitliyimizi və uğurlu inkişafımızı gözü götürməyən qüvvələr mövcuddur. Bu qara qüvvələr bütün vasitələrdən istifadə edərək xarici havadarların sifarişlərini icra edirlər. Məqsəd isə ölkəni dağıtmaqdan ibarətdir. Bunlar 27 ildir ki, bu niyyətlərindən əl çəkmirlər. Başa düşmürlər ki, apardıqları qara piyar kampaniyaları xalq tərəfindən dəstəklənmir. Bu gün ölkədə formalaşmış iqtidar-xalq birliyi sarsılmazdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm