DSX: “Sərhədlərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək”
15:41 28.02.2020
Aktual
496
Bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Bildirilib ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.
Bu hadisə artıq İrandan gələn təhlükə haqqında həyacan siqnalı kimi qəbul olundu. Belə ki, bundan öncə də Gürcüstan vətəndaşının İrandan Azərbaycana keçərək, Gürcüstana getməsi, orada xəstəlik aşkarlanması faktı təsdiqlənmişdi. Bununla əlaqədar olaraq, artıq sosial şəbəkələrdə İran-Azərbaycan sərhədinin bağlandığı, gediş-gəlişin dayandırıldığı haqqında iddialar yayılmağa başladı.
Sözügedən iddia haqqında Modern.az-ın əməkdaşı Dövlət Sərhəd Xidməti (DSX) ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən saytımıza bildirilib ki, sərhədlərin bağlanması barədə hələlik heç bir informasiya yoxdur:
“Qeydə alınan koronovirus faktının aşkar və təsdiq olunması prosesi sərhəddən kənarda baş verdiyi üçün bu barədə heç bir məlumat vermək mümkün deyil.
Sərhədlərin bağlanması haqqında iddialar isə əsassızdır. Belə bir hal baş verərsə, mütləq ictimaiyyətə məlumat veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət