DTX Gömrük Komitəsində əməliyyata başlayıbsa, vəziyyət ciddidir
DTX Gömrük Komitəsində əməliyyata başlayıbsa, vəziyyət ciddidir
Yusif Nəzərli
03:14 22.06.2022
Aktual
668
Bura məmurların və deputatların qohumlarının lövbər saldığı bir quruma çevrilib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib. Dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb. Qeyri-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib. Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir. Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin “Abşeron” Gömrük Postunun rəisi vəzifəsinə bu ilin yanvar ayında Bəhruz Hüseyn oğlu Əsgərli təyin edilib. O, bu təyinata qədər “Abşeron” gömrük postunda rəis müavini vəzifəsini tutub.
Dövlət Gömrük Komitəsi sədrinin eyni gündə verdiyi əmrlə Bakı Baş Gömrük İdarəsinin “Abşeron” Gömrük Postunun rəisi Muxtar Fazil oğlu Şükürov isə vəzifəsindən azad edilərək, Gömrük Komitəsi katibliyinin rəisi təyin edilib. Onu da xatırladaq ki, ötən ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (KQMBİ) də “İpək Yolu” gömrük postunda əməliyyat aparmış və orada inspektor işləyən Mirağa Ağayevi həbs etmişdi.
1992-ci ildə Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışmış siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə deyib ki, DGK-də keçirilən əməliyyatlar onda şok effekti yaradıb. Professorun sözlərinə görə, bu məsələ uzun müddət gündəmə gəlsə də, o, Gömrük Komitəsində ciddi qanunsuzluqlara yol verildiyinə inanmayıb: “Dövlət Təhlükəsizlik Xidməti elə bir qurumdur ki, onlar hansısa əməliyyat keçirməzdən öncə, ən azı 3 aydan 6 ayadək müşahidə aparırlar. Əgər əməliyyat başlayıbsa, həbslər icra olunursa, artıq şübhəyə yer qalmır. Gömrük Komitəsindəki bəzi şəxslər öz maraqlarını güdürsə, DTX bilavasitə dövlətin maraqlarını güdür. Əgər ilk əməliyyat terminallardan başlayıbsa, deməli, elektron sənədlər götürülüb. Bütün gömrük bəyannamələri burada doldurulur. Ölkəyə nə gəlib-çıxırsa, hamısı terminalda sənədləşdirilir. Yəni həmin yerlər Komitənin “beyni” sayılır.
Bundan qabaq da həbslər olmuşdu, amma generallar yox, aşağı rütbəlilər saxlanılmışdı. Mətbuatda DGK-nin sədr müavini İqbal Babayevin adı hallandı. Amma özü bunları təkzib etdi, dezinformasiya olduğunu söylədi. Sözün düzü, onun adının belə məsələyə qarışdığına mən də inanmıram. Çünki İ.Babayev peşəkar adamdır. İT üzrə güclü mütəxəssisdir, elmlər doktorudur. Ancaq ümumi halda Gömrük Komitəsindən şikayətlər edilirdi. Digər qurumlarda olduğu kimi bu Komitədə də şəxsi maraqlarına qulluq edənlərin olması mümkündür”.
C.Nuriyev birbaşa Komitə rəhbərinin günahlandırılmasını doğru saymayıb:
“Dövlət Gömrük Komitəsi məmurların və deputatların qohumlarının lövbər saldığı bir quruma çevrilib. Mənim rəhbərlikdə təmsil olunduğum vaxtlarda da vəzifəli şəxslərin övladları, kürəkənləri, qohum-əqrəbaları ora doluşmuşdu. Hansısa problem yarandıqda vəzifəli adamların yaxınları bu və ya digər formada məsuliyyətdən qaçırdılar. Əgər DTX ora giribsə, deməli, vəziyyət ciddidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya