DTX qanunsuz silahlı birləşmənin üzvlərini "dənləyir"
00:35 09.09.2021
Aktual
1003
Sülhəddin Əkbər: "Hər bir ölkənin terrorizmə qarşı mübarizədə dövlət siyasəti olmalıdır"
"Terrorizmə qarşı mübarizədə ilk növbədə ölkədə düzgün informasiya siyasəti həyata keçirilməlidir"
Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar. İstintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.
Aparılmış araşdırmalara əsasən məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər. Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.
Bəs, bu kimi halların sayının minimuma endirilməsi üçün hansı addımlar atılmalıdır?
Hər bir dövlətin terrorizmə qarşı mübarizə üçün kompleks tədbirlər hazırladığını deyən MTN-in keçmiş zabiti Sülhəddin Əkbər "Şərq"ə açıqlamasında deyib ki, bu sahədə ümumiyyətlə, dövlət siyasəti olmalıdır:
"Çünki bu məsələ çoxtərəfli məsələdir. Bunun siyasi, diplomatik, iqtisadi, təşkilati, hüquqi, hərbi, kəşfiyyat, təhlükəsizlik və s. kimi çoxsaylı tərəfləri var. Terrorizmə qarşı mübarizədə ilk növbədə ölkədə düzgün informasiya siyasəti həyata keçirilməlidir. O baxımdan burda dini idarənin də üzərinə böyük iş düşür. Çünki bizim həm ilahiyyatçı alimlərimiz, həm də dindarlarımız bu sahədə dindar vətəndaşlarımıza, möminlərimizə islam dinimizin doğru şərhini verməlidir. Hesab edirəm ki, dinimizin əsasları düzgün öyrədilərsə, təbliğ olunarsa, təbii ki, bu yola düşənlərin də sayı az olar. Bütün bu işlər kompleks şəkildə davamlı həyata keçirilərsə, o zaman təbliğat və təşviqata da ehtiyac qalmaz. Amma onu nəzərə almaq lazımdır ki, bu, istənilən halda dünyanın xarici ölkələrinin xüsusi xidmət orqanlarının diqqətini cəlb eləyən bir sahədir. Bu faktdır ki, xüsusi xidmət orqanları hər zaman bu istiqamətdə fəaliyyət göstərəcəklər və öz diqqət mərkəzinə düşən adamları da bu işə cəlb edəcəklər. Sadəcə çalışmaq lazımdır ki, bu şəxslərin sayı minimuma endirilsin və nəzarət artsın. Bu istiqamətdə xüsusi təhlükəsizlik orqanlarının üzərinə böyük iş düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol