Dünya səsini çıxarmır:Ermənistan terrora qucaq açan ölkədir
Yusif Nəzərli
08:09 27.04.2023
Aktual
409
"Nemezis"ə abidə qoyulması göstərir ki, Ermənistan sülh niyyətində deyil
Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı olub. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu addımı qətiyyətlə pisləyib. Vurğulanıb ki, bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır. Bəyanatda, həmçinin deyilib ki, Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror təşkilatı Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın baş naziri olmuş Fətəli xan Xoyskini, parlamentin sədr müavini Həsən bəy Ağayevi, daxili işlər naziri Behbud xan Cavanşiri, baş nazir Nəsib bəy Yusifbəylini də qətlə yetiriblər.
O da hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb.
Tarixçi-alim Faiq Ələkbərli "Şərq"ə açıqlamasında bildirib ki, İrəvanda "Nemezis" terror təşkilatına abidə qoyulması və rəsmi açılışının keçirilməsi ermənilərin əsl mahiyyətini ortaya qoyur. Alim qeyd edib ki, terror təşkilatları sadəcə bir millət üçün deyil, bütövlükdə bəşəriyyət üçün ciddi təhlükə və bəladır:
"Azərbaycanın və Türkiyənin nüfuzlu dövlət xadimlərinə sui-qəsdlər təşkil etmiş, onları terrora məruz qoymuş "Nemezis"ə abidə qoyulması göstərir ki, Ermənistan sülh niyyətində deyil və normal münasibətlərin qurulmasını istəmir. Ermənistanın terrorçuluğa meyl etməsinə, rəsmi dəstək verməsinə təkcə Azərbaycan və Türkiyə qarşı çıxmalı deyil. Biz onsuz da illərdir erməni terroruna, vandalizminə qarşı mübarizə aparırıq, bundan sonra da aparacağıq. Ancaq dünya da erməni terroruna səs etməlidir. Əks halda erməniləri haqq yoluna gətirmək üçün güc birliyi vacibdir. Azərbaycan və Türkiyə birliyi erməniləri yenidən terrora əl atmaqdan çəkindirir. Ermənistan anlamalıdır ki, "Nemezis" kimi təşkilatlara rəğbət göstərmək birbaşa ermənilərin öz ziyanınadır. Onların gələcəyi üçün təhlükədir. Bir topluma illər boyu ancaq terror təşkilatını təbliğ edən, terrorçuları "qəhrəman" kimi təqdim edən dövlətin normal və xoşbəxt gələcəyi ola bilməz. Belə məsələləri daim gündəmdə saxlayaraq öz mövqeyimizi ortaya qoymalı, Ermənistanın terrora qucaq açdığını dünyaya ifşa etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm