DÜNYA ŞOKDA: ABŞ bütün Avropaya çatacaq koronavirus dərmanını satın aldı!
09:50 01.07.2020
Aktual
1564
ABŞ hazırda koronavirus (Covid-19) epidemiyasının mərkəzi sayıan və ən çox ölüm sayının yaşandığı ölkədir. Hazırda bu ölkədə yoluxma sayı 2 milyon 670 minə yaxınlaşır, ölü sayı isə 129 mini keçib.
Sherg.az ingilis mediasına istinadən xəbər verir ki, ilk dalğa tam nəzarət altına alınmamış indi dünya ikinci dalğa şokuyla qarşı-qarşıyadır. Virusa qarşı peyvənd və müalicə işləri davam edir. Bu arada ABŞ-dan bütün dünyanı sarsıdan bir həmlə gəlib. ABŞ rəhbərliyi koronavirusun müalicəsində istifadə edilən və bütün Avropaya çatacaq qədər dərmanı satın alıb. Anbarlar tükənib, Avropa isə əndişədədir.
İngilis "Guardian" qəzetinin yaydığı məlumata görə, bir gündə 45 mini aşan yoluxma sayı olan ölkə, koronavirusa qarşı təsirli olduğu sübut edilmiş yalnız iki dərmandan birinin az qala bütün qlobal tədarükünü satın alıb.
Amerikanın Gilead firması tərəfindən hazırlanan dərman, başlanğıcda bir Ebola müalicəsi üçün inkişaf etdirildi, ancaq müvəffəqiyyətli ola bilmədi.
Covid-19 dünyanı sarsıtdığı ərəfədə uğursuz olan Ebola dərmanı əksinə koronavirusun müalicəsində yararlı ola biləcəyini göstərdi.
"Guardiana" görə, ABŞ hökumətinin 500 mindən çox dozanı satın almasıyla İngiltərə və Avropadakı xəstələrin payıza qədər dərmana çatma ehtimalı çox aşağıdır.
Liverpul Universitetindən Dr. Andrew Hill deyib ki, ABŞ-ın dərman firması ilə anlaşması vəziyyəti gərginləşdirib. Bu o deməkdir ki, Avropadakı Covid-19 xəstələrinin həyatda qalma şansları azalıb və onların müalicələri uzun sürəcək.
"Hələlik, önümüzdəki üç ay ərzində remdesivirin olmayacağını bilirik. Amerika bütün dərmanları alıb və biz o perapatları ala bilməyəcəyik. İngiltərə və Avropada vəziyyət belə görünür.'
ABŞ hökumətinə görə, dərmanın altı dozalıq bir müalicəsi üçün xərci təxminən 3 min 200 dollardır.
İngiltərə səhiyyə naziri Matt Hancock keçən ay, remdesiviri epidemiyanın nəzarətdən çıxmasından bu yana Covid-19-un müalicəsində "ən böyük adım" sayırdı.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya