
Dünyanın ən nüfuzlu 100 qadını açıqlanıb: Siyahıda türk alim də var
11:27 22.11.2023
Aktual
714
BBC 2023-cü il üçün dünyanın ən ilhamverici və nüfuzlu 100 qadınının siyahısını açıqlayıb. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, təsirli hekayələri və nailiyyətləri ilə bu siyahıda olan qadınlar arasında Amal Kluni, Barbie ulduzu Amerika Ferrera, ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama və süni intellekt (AI) mütəxəssisi Timnit Gebru kimi adlar var. “Elektron büstqalter” ixtirası ilə tanınan türk alim Canan Dağdeviren də siyahıdadır.
Alim və ixtiraçı Canan Dağdevirenin dünyanın 100 ən nüfuzlu qadını siyahısına daxil edilməsi bütün türk dünyası adına qürurvericidir.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) dosenti olan Dağdeviren ultrasəs ilə döş xərçənginin erkən diaqnozu üçün geyinilə bilən “elektron büstqalter” icad edib.
Dağdeviren siyahıda olması ilə bağlı bunları deyib: “BBC-nin dünyanın dörd bir yanından seçilmiş 100 ilhamverici və nüfuzlu qadın siyahısının 11-ci sırasında yer aldığıma və Cümhuriyyətin 100-cü ildönümündə Türkiyə Cümhuriyyətini bu siyahıda təmsil edə bildiyimə görə çox xoşbəxtəm”.
MİT Media Laboratoriyasında təhsilini davam etdirən Dosent Dr. Canan Dağdeviren bildirib ki, layihə üçün ilhamını 49 yaşında ağır döş xərçəngi diaqnozu qoyulan və 6 ay sonra dünyasını dəyişən bibisi Fatma Çalışkanoğlundan alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə