DYP motosiklet və moped sürücülərinə müraciət etdi
Yusif Nəzərli
08:34 07.12.2024
Aktual
575
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edib.
Sherg.az xəbər verir ki, müraciətdə hazırda ölkənin avtomobil yollarında bu tip ikitəkərli nəqliyyat vasitələrinin sayının sürətlə artdığı bildirilib, onlara qaydalara əməl etməklə bağlı çağırış edilib.
“Təəssüf ki, qeyd olunan mexaniki nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına yanaşma birmənalı deyil. Son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfərin həyatını itirməsi, 3 nəfərin xəsarət alması, bununla yanaşı, cari ilin 11 ayı ərzində respublika üzrə bu tip nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 46 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 34 nəfərin xəsarət alması, bu sahədə sürücü intizamının qənaətbəxş olmadığından xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!”, – müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm