Əlilliyin qiymətləndirilməsi qaydalarına dəyişikliklər edilib
17:56 21.01.2020
Aktual
443
Nazirlər Kabinetinin yeni qərarları ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası” və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” təsdiq edilib. Bu barədə Serq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni qəbul olunmuş bu normativ hüququ aktlar göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında bir sıra yenilikləri nəzərdə tutur: “Belə ki, yeni qaydalara əsasən, artıq əlillik səbəbi ümumi və xüsusi olmaqla iki qrup üzrə müəyyən edilib. Həmçinin əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq “terror hadisələri ilə əlaqədar” səbəbi də əlavə olunub. Əlilliyin qiymətləndirilməsi üçün verilmiş göndərişlərin qüvvədə olma müddəti (1 ay) ilə bağlı məhdudiyyət aradan qaldırılıb”.
“Həmçinin yeni təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə göndəriş vermək hüququ maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nazirlər Kabineti ilə razılaşdırmaqla birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına aid olacaq. Yaxud müvafiq hallarda bu göndərişlər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən veriləcək”, - deyə Nazirlikdən məlumat verilib.
Məlumata görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilməsi də nəzərdə tutulub: “Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması faktı aşkarlandığı halda, göndəriş üçün stasionar və ambulator müalicə müddəti tələbi də aradan qaldırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil