Əməkdar artist Meksikada yoxa çıxdı

63 yaşlı əməkdar artist Natalya Andreyçenko Meksikada yoxa çıxıb.

Kult.az Rusiya mediasına istinadla xəbər verir ki, aktrisaya artıq bir sutkadan artıqdır zəng çatmadığı bildirilib.

Qeyd olunur ki, şənbə günü saat 3-də aktrisa rəfiqəsigildə qonaq olub. Özünü pis etdiyi üçün oradan çıxıb və bundan sonra onunla əlaqə kəsilib.