Ərdoğan:“Yaşıl enerji”yə keçidlə bağlı 60 illik arzumuzu həyata keçirdik”
Yusif Nəzərli
08:04 28.04.2023
Aktual
361
Maneələrə və qarayaxma kampaniyalarına baxmayaraq, Türkiyə inkişaf etmiş ölkələrin uzun illərdir istifadə etdiyi “yaşıl enerji” texnologiyalarının tətbiqi ilə bağlı 60 illik arzusunu həyata keçirə bilib. Buna misal olaraq “Akkuyu” atom elektrik stansiyasına (AES) nüvə yanacağının çatdırılmasını göstərmək olar.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviter səhifəsində ölkə gənclərinə müraciətində bildirib.
O vurğulayıb ki, hələ 1956-cı ildə Türkiyə nüvə enerjisinə keçidi planlaşdırırmış: “Lakin inkişaf istiqamətində atılan digər addımları kimi, bu da 27 may çevrilişinə görə uğursuzluğa düçar olub.1970-ci illərin sonunda bir Avropa ölkəsi ilə AES-in birgə tikintisi layihəsi təəssüf ki, 100 milyon ABŞ dolları tapılmadığından reallaşmayıb. 2010-cu ildə bununla bağlı müqavilə imzalamaqla bu uğursuzluğu aradan qaldırdıq”.
Türkiyə lideri qeyd edib ki, “Akkuyu” AES tam gücü ilə işə düşdükdən sonra ildə 35 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək və ölkənin elektrik enerjisi istehlakının 10 %-ni təmin edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm