Ermənilərin Fransada azərbaycanlılara hücumu cavabsız qala bilməz
Yusif Nəzərli
23:28 17.06.2022
Aktual
658
Parisin qarşısında ciddi məsələ qaldırmalıyıq ki, öz ərazisindəki insanların təhlükəsizliyini təmin etsin, onların hüquqlarını qorusun
İngilislərin çox gözəl bir deyimi var: “Hürən it dişləməz”. Bu söz sanki ermənilərin boyuna biçilib. 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbə alan düşmən məğlubiyyəti sinirə bilmir.
Torpaqlarımızdan qısa müddət ərzində it kimi qovduğumuz düşmən tulaları indi də xarici ölkələrdəki Azərbaycan təmsilçilərinin ayağına dolaşır.
Dünyanın müxtəlif ölkələrinə səpələndikləri üçün erməni lobbisinin nə zaman, harada təxribat törədəcəyi də bəlli deyil. Bu səbəbdən xaricdəki səfirliklərimiz və diasporamız son dərəcə ehtiyatlı olmalıdır.
Qeyd edək ki, xaricdəki erməni millətçiləri yenə də öz ənənələrinə sadiq qalaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına maneçilik törədib.
Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. Ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.
Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına etirazlarını bildiriblər.
Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.
Siyasi şərhçi Azər Həsrətin “Şərq”ə açıqlamasına görə, mənəviyyatı kasad bir xalq üçün mədəniyyət mərkəzlərinə hücum etmək təəccüblü deyil. Onlar təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyənin təmsilçilərinə, mərkəzlərinə qarşı bu cür hərəkətlər edirlər:
“Bizə və türklər üzərinə mütəmadi hücumlarla gözümüzü qorxudacaqlarını, öz həqiqətlərimizi dünyaya çatdırmağımıza mane olacaqlarını düşünürlər. Ancaq onlar bizi yolumuzdan çəkindirəcək gücdə bir toplum deyil. Tarix boyu cəhd etsələr də, heç birində öz məqsədlərinə çata bilməyiblər” .
A.Həsrətin sözlərinə görə, Azərbaycan dövləti Fransadakı səfirliyimizin Mədəniyyət Mərkəzinə edilən hücumu sənədləşdirməli və Fransa dövlətinə rəsmi nota verməlidir:
“Burada söhbət bir Avropa ölkəsindəki dinc insanların haqlarının pozulması və təhlükəsizliyindən gedir.
Uzun illər Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçi dövlətlərdən biri olmasına rəğmən biz hər zaman Fransanın ermənipərəst mövqe sərgiləməsinin şahidi olmuşuq. Proses bu gün də davam edir. İkidə bir üstümüzə gələrək bizi etmədiyimiz əməllərdə ittiham edərək müxtəlif məzmunlu bəyanatlar yayırlar.
Düşünürəm ki, rəsmi Bakı Parisdə yaşanan bu hadisəni əldə rəhbər tutaraq Fransaya kimin kim olduğunu xatırlatmalıdır. Bu gün yaşanan hadisələrə sıradan bir olay, klassik erməni mənfurluğu deyib keçsək, növbəti dəfələrdə ayaqları daha çox yer alacaq.
İlanın başını vaxtında əzərək Fransa qarşısında ciddi məsələ qaldırmalıyıq ki, öz ərazisindəki insanların təhlükəsizliyini təmin etsin, onların hüquqlarını qorusun. Beynəlxalq hüququn tələbindən irəli gələn bu müddəa hər bir ölkə üçün yazılı qanundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya