"Ermənistan Aprel döyüşlərinin, iyul hadisələrinin daha ağırını, daha betərini yaşayacaq" - Millət vəkili
Turan
08:40 20.09.2020
Aktual
1250
"Cənab Prezident İlham Əliyev kifayət qədər açıq, birmənalı, ciddi mesajlarla, xəbərdarlıqlarla dolu fikirlər, bəyanatlar səsləndirdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, dövlət başçısının çıxışı Azərbaycan xalqının Qarabağ problemi, ərazi bütövlüyü məsələsi ilə bağlı 32 ildən bu yana sərgilədiyi mövqeyinin, yanaşmasının növbəti dəfə, ən yüksək səviyyədə, birmənalı və sərt şəkildə ifadəsidir:
"Qarabağ, torpaq, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir və dəyiməz olaraq qalacaq. 32 ildə bu məsələdə heç bir güzəşt olmadığı kimi, bundan sonra da olmayacaq. Azərbaycandan güzəşt gözləyənlər, buna ümid edənlər çox yanlış mövqedədir. Bunu bir daha şovinizm xəstəliyindən, faşizm, terrorizm düşüncəsindən, “erməniçilik” virusundan qurtula bilməyən ermənilər də, onları illərdir Azərbaycana qarşı dolduranlar da yaxşı bilsinlər. Bugünün Azərbaycanı artıq ötən əsrin 90-ci illərinin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil. Azərbaycan dünya düzənində mühüm yeri və rolu olan, dünyada oyun qaydalarının müəyyənləşdirilməsində yaxından iştirak edən, söz, nüfuz sahibi kimi qəbul edilən güclü, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli dövlətdir. Ordumuz peşəkar, yüksək döyüş qabiliyyətli, dünyanın ən güclü orduya malik olan 50 ölkəsinin ordusu sırasında inamla addımlayır. Bu ordu öz gücünü 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında, bu ilin iyul-Tovuz hadisələrində bir daha hər kəsə nümayiş etdirdi. Yenidən təxribata, fitnəkarlığa cəhdlər olarsa, Azərbaycan Ordusunun cavabı daha ölümcül, daha sarsıdıcı olacaq".
Parlament üzvü qeyd edib ki, dövlət başçımızın da dediyi kimi, nəticələri Ermənistan üçün çox ağır olacaq:
"Ermənistan Aprel döyüşlərinin, iyul hadisələrinin daha ağırını, daha betərini yaşayacaqlar. Bu, bir daha işğalçıya, təcavüzkara, təxribatçı Ermənistana, onun havadarlarına, Azərbaycana diş qıcayanlara siqnaldır, xəbərdarlıqdır. Nəticə çıxarmasalar, ağır sonuçlarına da özləri qatlanmalı olacaqlar. Əgər bu acı və ağır sonluğu istəmirlərsə, nəhayət, öz məkrli və murdar niyyətlərindən, işğalçılıq və təcavüzkarlıq siyasətlərindən əl çəksinlər. İğal olunmuş torpaqlardan çıxsınlar".
E.Səlimov vurğulayıb ki, bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu haqda kifayət qədər tarixi sənədlər var:
"Dövlət başçısının bir daha bəyan etdiyi kimi, ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik - Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya