ABŞ-da Hellouin şənlikləri zamanı bir neçə şəhərdə baş verən silahlı hücumlar nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Sherg.az xəbər verir ki, ən ağır hadisə Texas ştatının Dallas şəhərində qeydə alınıb. Deep Ellum bölgəsində baş verən üç ayrı atışmada 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İllinoys ştatında bir nəfər ölüb, Delaver ştatında isə 6 nəfər yaralanıb.
Alabama ştatında futbol matçından sonra stadion yaxınlığında baş verən atışmada da bir nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
Hücumların səbəbləri və mümkün əlaqələri araşdırılır.