“Ermənistan müqaviləni imzalamasa, Bakı istər güc, istərsə də...” - AKTUAL
Yusif Nəzərli
15:36 24.02.2023
Aktual
481
“Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir”.
Bu barədə Azərbaycan XİN-in Ermənistanın Baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində bildirilib.
“İlk növbədə qeyd edək ki, Paşinyanın guya məhkəmənin Laçın yolunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur. Bir qrup azərbaycanlı ekofəalın Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu” barədə Ermənistanın iki əsas iddiasının məhkəmə tərəfindən rədd edilməsini qəbul edə bilməyən baş nazirin məhkəmənin məsələ ilə bağlı əsaslandırmasını təhrif etməsi təəssüf doğurur.
Beynəlxalq məhkəmənin verdiyi qətnamənin qeyri-adekvat olduğunu deyən tanınmış araşdırmaçı jurnalist Xəqani Səfəroğlu “Sherg.az”a deyib ki, bu qərar qəbul edilərkən siyasi çalarlar qeydə alınmayıb:
"Burad yalnız hüquqi və hərfi mənada müəyyən bəndlər var. Problem beynəlxalq məhkəmənin qərarında Azərbaycan respublikasının ərazi bütövlüyü və BMT tərəfindən təsdiqlənmiş sərhədləri barəsində işarənin olmamasıdır. Ermənistanın iddiaları əsasında Azərbaycan torpaqlarındakı hərəkət barəsində reaksiya vermək çox qəribədir. Yəni Ermənistana Azərbaycanın öz torpaqlarında hansı prosesləri aparmasının dəxlisi yoxdur. Digər tərəfdən Beynəlxalq Ədalət Məhkəməsinin "maneəsiz hərəkəti təmin etmək" tələbi də absurddur. Dünyanın hansı ölkəsində maneəsiz hərəkət etmək olar? Yəni heç hir sənəd, viza, pasport göstərmədən ölkələrin sərhədlərindən keçmək qeyri-mümkündür. Beynəlxalq məhkəmənin bu qərarı BMT-nin ölkələrin ərazi bütövlüyü və sərhədlərin ərazi bütövlüyü prinsipinə ziddir. Bu məsələyə yenidən qayıdılacağını və dövlətimiz tərəfindən araşdırılacağını düşünürəm".
Ekspertin sözlərinə görə, buradakı maraqlı məqam, separatçı qurumun və Ermənistan hakim dairələrinin qərarı Qarabağın əlahiddə bölgə kimi qəbul olduğunu təqdim etməsidir:
"Bu isə heç bir halda doğru deyil. Qarabağ məsələsi müzakirəyə çıxarılmayıb. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün isə müxtəlif platformalarda iş gedir. İlk olaraq Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdakı öhdəliklər Moskva və İravan tərəfin yerinə yetirilmir. İkinci tərəfindən sülhün əldə edilməsi üçün Praqa prinsipləri və Brüssel platforması da çalışır. Bu platforma ABŞ-ın məsələ üzərindəki mövqeyini ifadə edir. Bütün bunlar isə Azərbaycan və Ermənistan arasındakı sülhün imzalanmasına gətirməlidir. Həmçinin Paşinyanın da dəfələrlə bildirib ki, Qarabağ məsələsi danışıq predmentinə çevrilə bilməz. Çünki Alma-Ata sazişnə əsasən hər iki ölkə biri-birinin ərazi bütövlüyünü tanıyıb. Burada yalnız Qarabağdakı erməni əhalisinin təhlükəsizlik məsələsi danışıqlar mövzusu olub. Onu da Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, "Qarabağdakı yerli erməni əhalisi Azərbaycan vətəndaşıdır və vətəndaşlarınızın bütün hüquqları onlara şamil olunacaq". Bütün bunların fonunda Paşinyanın beynəlxalq məhkəmənin qərarlarını təhrif etməsi sülh müqaviləsinin imzalanmasına mənfi təsir göstərəcək".
X.Səfəroğlu əlavə edib ki, 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycandır və qaliblər mühakimə olunmur:
"Azərbaycan tərəfi sülh sazişi ilə bağlı öz tələblərini Ermənistan tərəfinə göndərib. Bu tələblərin üzərində də sülhün imzalanmasını israrla təklif edir. Paşinyan və onun komandası isə məğlub tərəf kimi qərar verməlidir. Rəsmi İrəvanın prosesi yubatmaq cəhdləri faydasızdır. Çünki dünya gücləri məsələnin açıq qalmasının tərəfdarı deyil. Onların Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyərək, Qarabağla bağlı dəyişikliklərin olmasını xəyal etməsi absurddur. Əgər Ermənistan müqaviləni imzalamasa, Bakı istər güc, istərsə də hüquqi cəhətdən addımlar atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə