Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa... - Aktual şərh
Yusif Nəzərli
15:05 15.06.2021
Aktual
994
"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Şuşadan Ermənistana etdiyi əvvəlki çağırışını təkrarladı: “Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir”".
Bu barədə "Sherg.az"a politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Rəcəb Təyyub Ərdoğan daha əvvəl təklif etdiyi ““3+3” əməkdaşlıq platformasını xatırlatdı: “Bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır”.
Türkiyə Cumhurbaşqanı bununla demək istədi ki, birincisi, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçib hər iki qonşusunun ərazi bütövlüyünü tanıyarsa, sərhədlər açıla və diplomatik münasibətlər qurula bilər; ikincisi, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmamalı və tam əksinə özü bu dəhlizdən istifadə etmək imkanı qazanmalıdır:
"Buna baxmayaraq, Ermənistan bu gün o hayda deyil ki, Ərdoğanın Şuşada söylədiyi konstruktiv təkliflərə müsbət cavab versin. Ermənistandakı siyasi qüvvələr seçkiqabağı təbliğatlarını anti-türk əhval ruhiyyəsində davam etdirirlər. Ermənistanda formalaşacaq yeni hökuməti gözləmək lazım gələcək. Ancaq seçkidən sonra xaosun davam edəcəyi, hətta meydanda qarşıdurmaların şahidi ola bilərik. Ərdoğan Ermənistana çağırış edərkən təsadüfən Rusiya prezidenti Vladimir Putini xatırlatmadı. Əslində Ərdoğan Putinə çağırış etdi ki, Kreml sahibi Rusiyadan asılı olan Ermənistana ağıl qoysun. Şuşa bəyannaməsində Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması zərurəti ilə bağlı cümlə yer alıb, yəni Ermənistan çağırışa müsbət cavab verməsə, bu məsələ onun iştirakı olmadan da bölgə ölkələrinin xeyrinə həll olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya