Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılmalıdır
Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılmalıdır
Yusif Nəzərli
05:24 17.09.2022
Aktual
592
İşğaldan azad olunmuş ərazilərə köçürüləcək insanların rahat yaşaması şərtdir
Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir. Bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib. Onun sözlərinə görə, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır: “Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”. Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır: “Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir”.
AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə deyib ki, hüquqi baxımdan Azərbaycan-Ermənistan sərhədi anlayışı yoxdur. Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan müstəqil olandan bu yana Ermənistanla müharibə vəziyyətindədir:
"Ona görə də sərhədlərin delimitasiyası, demarkasiyası baş tutmayıb. Yəni Azərbaycanla Ermənistan arasında sərhəd anlayışı şərtidir. İndiki dövrdə buna Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti deyə bilərik. Əvvəlcə müəyyən olunmalıdır ki, Azərbaycan və Ermənistan sərhədləri hansı xəritələrlə müəyyənləşəcək. Digər yandan sərhəd bölgələrində bizim olan ərazilərin müəyyən müddətə "təhlükəsiz zona" elan edilməsini də doğru saymıram. Bir müddət sonra ermənilər həmin ərazilərə də iddia edəcək. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqda bəlli sərhədləri var idi. İndiki sərhədləri də həmin ərazilər daxil olmaqla müəyyənləşdirmək lazımdır. 1922-ci ildə SSRİ-yə daxil olduqda belə sərhədləri bəlli olan bir ölkə kimi ittifaqa qoşulmuşduq. Sərhədlərin müəyyən olunmasında həmin dövrün xəritələri əsas götürülməlidir. Sərhədlər dəqiq müəyyən olunandan sonra "təhlükəsiz zona" və ya "tampon zona" yaradıla bilər. Bu, daha məqsədəuyğun olar və dünya praktikasında da var. Azərbaycan öz ərazilərinin və əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün "təhlükəsiz zona" yaratmalıdır. Ermənistan tərəfinin davamlı təxribatları, sülhpərvər olmaması bunu labud edir. Əgər belə bir təklif olarsa, AĞ Partiya olaraq dəstək verəcəyik. Lakin yenə deyirəm, sərhədlərin müəyyənləşməsindən sonra bu məsələni gündəmə gətirmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol