Əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır
00:30 18.06.2021
Aktual
578
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı region üçün strateji əhəmiyyət daşıyacaq məsələlərə toxundu”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Şərq"ə açıqlamasında deyib. O qeyd edib ki, qardaş ölkə rəhbərinin qeyd etdiyi məsələlərdən biri də “Altılıq platforması” ilə bağlı oldu:
“Prezident Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasının regional vacibliyini vurğuladı. Regionda əməkdaşlıq bölgədə uzunmüddətli sülhün formalaşması baxımından da vacibdir. Kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün isə əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz Türk Dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımından vacib olmaqla yanaşı bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür”.
Deputat vurğulayıb ki, regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini artırır:
"Daha geniş anlamda region ölkələrindən Türkiyə və Rusiya Böyük İyirmiliyə üzv olan dövlətlərdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf perspektivləri yüksək qiymətləndirilir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin bərpa olunacaq kommunikasiyalardan və xüsusən də Zəngəzur dəhlizindən istifadəsindən gedir. Rusiya 1.7 trilyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-yə malikdirlər. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası qaçılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya