Fazil Mustafa: "İlimizin hər günü Ordu gününə çeviriləcək"

"Böyük ehtimalla hər bir dövlətdə Ordu günü var. Fəqət heç də hər dövlətdə Ordu gücü yoxdur".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa deyib. 
Deputat bildirib ki, orduda gün sayanlarla ömrünü, gününü Ordu ilə sayanlar arasında fərq böyükdür: 
"İkincilər birincilərin önünə keçməyincə Ordu günümüz həmişə Ordu gücümüzdən öndə gələcəkdir. Ordu günümüzə yük olanları deyil, ordu gücümüzə yük qatanları üstün mövvqelərə gətirməliyik. Ordu gücümüz ilimizin sadəcə bir gününü deyil, hər gününü Ordu gününə çevirəcəkdir. Ordu gücümüzdə şəhid, qazi kimi, vicdanla xidmət edən əsgər və zabit kimi, dualarıyla, sevgiləri ilə payı olanlara Eşq Və Salam olsun!".