Fazil Mustafa: "Səfirliyimizə hücum edən şəxsin cəzalandırılması Azərbaycanın tələblərindən biri idi"
13:02 21.05.2025
Aktual
716
"Azərbaycanın həssaslığını nəzərə alan bir addımdır"
"Digərlərinə, bu cür cinayət törədənlərə də görk olmalıdır"
"Tehrandakı səfirliyimizə terakt həyata keçirmiş şəxsin layiqli cəzasını alması Azərbaycanın əsas tələblərindən biri idi".
Bu barədə millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib.
Deputatın sözlərinə görə, Yasin Hüseynzadənin edam olunması İran tərəfindən atılan ən azından Azərbaycanın həssaslığını nəzərə alan bir addımdır:
"O baxımdan bu qərar və onun icrası bizi qane edən addımdır. Bu məsələni hansısa formada yubatmaq, uzatmaqla bağlı variantlar var idi. Amma bu, baş tutmadı. Bütün hallarda qərar bu cür cinayət törədənlərə, yaxud belə niyyətə düşənlərə də görk olmalıdır ki, başqa ölkənin səfirliyinə hücum etmək nə dərəcədə ağır nəticələrə gətirib çıxara bilər".
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər saatlarında edam edilib. Bu barədə İran Məhkəmə Sisteminin saytı ("Mizan") məlumat yayıb. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol