Fuad Babayev: “Bu, diplomatiyamızın mühüm nailiyyəti kimi yadda qalacaq”
Turan
13:10 17.02.2020
Aktual
935
“Müzakirələr Azərbaycanın qələbəsi ilə başa çatdı və bu, diplomatiyamızın mühüm nailiyyəti kimi yadda qalacaq”. Bunu Sherg.az-a açıqlamasında politoloq Fuad Babayev deyib. Siyasi şərhçi bildirib ki, müzakirələri izləyən hər kəs bunu təsdiqləyə bilər:
“Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi müzakirələri diqqətlə izlədim. Müzakirələr Bakının mühüm qələbəsi kimi yadda qalacaq. Prezidentin tarixə etdiyi yığcam ekskurs Ermənistanın işğalçı siyasətinin ifşası üçün olduqca vacib idi. Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı 1980-ci illərin sonlarında başlanmış təc avüzü nəticəsində baş verənlər haqqında da danışdı. 300 min azərbaycanlının Ermənistan ərazisindən deportasiya olunması, 1990-cı illərin əvvəlində ərazilərimizin təxminən 20 faizinin işğal altına düşməsi, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, xalqımızın etnik təmizləməyə məruz qalması, Ermənistanın əvvəlki rejiminin törətdiyi müharibə cinayəti - Xocalı soyqırımı barədə deyilənlər çox əhəmiyyətli idi. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnaməsi barədə də danışdı. Ermənistan baş nazirinin çıxışı isə, yumşaq desək, uğursuz idi. Bu çıxışın uğursuzluğu həm Paşinyanın hazırlıqsızlığı və verbal imkanlarının məhdudluğu, həm də Ermənistanın yalan üzərində qurulmuş mövqelərinin zəifliyi ilə bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region