Tramp partiyasının seçkilərdə məğlubiyyətindən sonra kabinetində dəyişiklik etməyəcək

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq seçkilərində məğlubiyyətindən sonra kabinetdə heç bir dəyişiklik etmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, o, bunu “Fox News”un canlı yayımında elan edib.

Seçkilərin nəticəsində kabinetində kadr dəyişikliklərinin olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib: “Xeyr, düşünmürəm. Bunun mənim kabinetimlə heç bir əlaqəsi yoxdur”.