Gənc qadın antibiotiklərə görə tanınmaz hala düşdü
08:08 29.02.2020
Aktual
511
Antibiotiklərə allergiyası olan gənc qadına təcili yardım otağında sistem vurulduqdan sonra tanınmaz hala düşüb. “Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Samsun şəhərində qeydə alınıb.
İddiaya görə, 30 yaşlı Çilem Kelleci idrar yolu infeksiyası şikayəti ilə təcili yardıma müraciət edib. Həkimlərə antibiotiklərə qarşı allergiyasının olduğunu söylədiyini iddia edən gənc qadın, buna baxmayaraq ona 3 dərmanlı bir sistem vurulduğunu bildirib. Bundan sonra o, görmə qabiliyyətini itirib, dərisi isə yara basıb.
“İdrar yolu infeksiyası ilə əlaqədar təcili yardıma müraciət etdim. Mənə antibiotik verdilər. Həkimlər dedilər ki, bir qutunu istifadə et, ikinci qutu bitəndən sonra əməliyyat olunacaqsan. Birinci qutunu bitirdikdən sonra temperaturum yüksəldi. Təkrar xəstəxanaya müraciət etdim, orada mənə serum vurdular. Evə qayıtdım, səhəri yenə qızdırmam yüksəldi. Müraciət etdiyim həkim digər həkimin verdiyi antibiotikin fayda vermədiyini deyərək, mənə bir kokteyl hazırladı. Sonra o, iki-üç dərmanı seruma qatdı. Evdəki antibiotiki də qəbul etməyin bir ziyanı olmayacağını dedi.
Onun dediyi kimi etdim. Həmin gecə görmə qabiliyyətimi itirdim. Yuxudan ayılanda kürəyim qaşınırdı. Anam kürəyimə baxdı, dərim qabıq vermişdi. Təcili yardıma getdik. Antibiotikdən allergiyam yarandığını dedilər. Sistem vurub təkrar məni evə göndərdilər. O gecə səhərə qədər yatmadım. Bədənimdə müxtəlif dəyişikliklər baş verdi. Daha sonra Samsun Elm və Araşdırma xəstəxanasına getdim. Orada hamı mənə canlı bomba kimi baxırdı. Hər an nəfəsim kəsilə bilərmiş. Oradan məni Tibb fakültəsinə göndərdilər”, - deyə qadın bildirib.
15 gün xəstəxanada yatan Çilem Kelleci 13 gün görmə qabiliyyətini itirib, şüuru özündə olmayıb. Bədəninin hər yerini yaralar basıb.
Buna görə məhkəməyə müraciət edən gənc qadın həkim və xəstəxanadan şikayət edib.
İddia ilə əlaqədar istintaq başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət