Gəncədə yol qəzası: Xəsarət alanlar var

Gəncə şəhərində yol qəzası baş verib.

Hadisə şəhərin 28 may küçəsində qeydə alınıb. (report) Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.